Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Cənubi Qafqazda həm də elektrik enerjisi hasilatında uğurlara imza atan ölkə kimi tanınır

0

  •        Hər bir ölkənin müstəqilliyini şərtləndirən əsas faktorlardan biri də həmin ölkənin enerji təhlükəsizliyinin mövcud olmasıdır. Bu gün dünyanın, o cümlədən Avropanın bir çox dövlətləri özlərini daxili imkanlar hesabına enerji daşıyıcıları ilə təmin edə bilmədiklərindən, enerj daşıyıcılarına olan ehtiyaclarını bu daşıyıcılarla zəngin olan digər dövlətlərin hesabına ödəyirlər. Bu da bir növ həmin ölkələrin digər dövlətlərdən iqtisadi asılılığını artırır. Əlbəttə ki, hər hansı bir ölkənin digər bir ölkədən iqtisadi cəhətdən asılı olması, onun tam şəkildə müstəqil siyasət aparmasına da müəyyən əngəllər törədir. Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə zəngin olması, ölkəmizin müstəqil siyasət aparması üçün münbit zəmin yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Təbii sərvətlərin bolluğu ə, ondan düzgün istifadə edilmədikdə, heç də həmin ölkənin müstəqil siyasət aparmasına şərait yaratmır. Bu baxımdan Azərbaycan bəxti gətirən dövlətlərdəndir ki, onu düzgün idarə edən rəhbərlər olmuşdur. Hələ sovetlər dövründə Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyev ölkə iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə bir çox iri layihələrin həyata keçirilməsinə nail olmuşdur. Onların arasında Mingəçevir Su Elektrik Stansiyasını, eləcə də Şirvan İstilik Elektrik Stansiyasını xüsusilə qeyd etmək yerinə düşərdi. Çünki, qeyd olunan bu iki elektrik stansiyası həm Azərbaycanın, həm də keçmiş SSRİ - nin tərkibindəki respublikalarının elektrik enerjisinə olan təlabatının ödənilməsində mühüm rol oynayırdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan müstəqilliyin bərpasından sonra, məhz Mingəçevir SES - in, Şirvan İES - in sayəsində özünün elektrik enerjisinə olan təlabatının böyük əksəriyyətini ödədi. Təbii ki, Ümummilli Lider Heydər Əliyev vaxtilə ölkəmizin elektirik enerjisinə olan təlabatının ödənilməsi üçün çox böyük işlər görmüşdür. Ancaq ölkəmizin elektirik enerjisinə olan təlabatını tam ödəmək üçün əlavə enerji istehsalına ehtiyac var idi. Bu amili əsas götürərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin müxtəlif regionlarında elektrik stansiyalarının tikilməsi üçün göstəriş verdi. Qısa zaman kəsiyində ölkədə xeyli sayda elektrik stansiyası tikilərək xalqın istifadəsinə verildi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Baxmayaraq ki, ölkəmizin bir çox bölgələrində çox sayda elektrik stansiyası tikilərək istifadəyə verilib, ancaq Azərbaycanın əsas enerji mənbəyi kimi, yenə də Mingəçevir SES olaraq qalmaqdadır. Bu fikri fevral ayının 13 - də Gülüstan sarayında Mingəçevir şəhərində yeni Elektrik stansiyasının təməlqoyma mərssiminə həsr olunmuş yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusilə vurğulamışdır. O, qeyd etmişdir ki, bu stansiyanın burada inşa edilməsi Azərbaycanın enerji təsərrüfatına böyük töhfələr verəcəkdir ə. Hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün təxminən dörd yüz milyon vəsait xərclənəcəkdir. İlk baxışdan böyük rəqəm kimi görünsə də, enerji istehsalına başladıqdan sonra bir neçə il müddətində qoyulan vəsait geri qayıdacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Çıxışına davam edən Ölkə Başçısı onu da qeyd etmişdir ki, bu layihənin həyata keçirilməsi Mingəçeviri ölkənin enerji mərkəzinə çevirəcəkdir. Onsuz da elektrik enerjisi ilə şöhrət tapan Mingəçevir şəhəri gələcəkdə Azərbaycanın enerji simvoluna çevriləcəkdir. Təsadfi deyildir ki, Vətən müharibəsi zamanı erməni faşistləri Azərbaycanın iri yaşayış məntəqələrini atəşə tutmaqla bərabər, ölkəmizin enerji təsərrüfatına zərbə vurmaq üçün Mingəçevir SES - i də hədəf almışlar. Ancaq düşmən bu mənfur niyyətinə nail ola bilməmişdir. Onların atdıqları raketlərin böyük əksəriyyəti ordumuz tərəfindən zərərsizləşdirilmiş, cüzi bir hissəsi isə hədəfdən yayınmışdır. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Enerji sahəsində görülən işlər ölkəmizin elektirik enerjisinə olan təlabatını tam ödəməklə bərabər, xaricə enerji ixracına da imkan yaradacaqdır. Azərbaycanın öz enerji təsərrüfatını gücləndirməsi ümumilikdə ölkə iqtisadiyyatının möhkəmlənməsinə və inkişafına​ xidmət edəcəkdir.Fatimə Musayeva,​Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib30 dəfə
    Azərbaycan Cənubi Qafqazda həm elektrik enerjisi hasilatında uğurlara imza atan ölkə kimi tanınır

    Maraqlı gələ bilər
    27